ABŞ-da Britaniya ştammı aktiv şəkildə yayılır
Vaşinqton, 8 aprel, AZƏRTAC
ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin direktoru Roşel Valenski bildirib ki, koronavirusun Britaniyada aşkar edilən daha yoluxucu ştammı Birləşmiş Ştatlarda üstünlük təşkil edir.
AZƏRTAC xəbər verir ki, Valenski Ağ evdəki çıxışında deyib: “Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzin müşahidələri nəticəsində alınan son dəyərləndirmələrimizə görə, Birləşmiş Ştatlarda dövr edən B-117 Britaniya ştammı hazırda koronavirusun daha çox yayılan formasıdır”.
Valenski onun fikirlərini təsdiqləyən statistik məlumatları hələ ki, təqdim etməyib. Lakin mərkəzin son məlumatına görə, fevralın sonlarından martın ortalarınadək olan dövrdə B-117-yə yoluxmaların faizlə sayı azı iki dəfə artıb. Fevralın sonunda bütün yoluxmaların təqribən 11 faizi B-117 variantının payına düşürdü, lakin martın ortaları üçün bu göstərici 27 faizədək yüksəlib.
Ekspertlər hesab edirlər ki, koronavirusun B-117 variantı daha yoluxucudur və ehtimal ki, daha ölümcüldür. Əhalinin geniş vaksinlənməsinə baxmayaraq, yoluxma və ölüm hallarının sayının getdikcə artması belə deməyə əsas verir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]