ABŞ-DA “FİLADELFİYA İNKUAYRER” QƏZETİ BOYKOT EDİLİR
Redaksiyanın binası qarşısında keçirilmiş piketin iştirakçıları Məhəmməd Peyğəmbərin Danimarkanın “Yullands-posten” qəzetində verilmiş və müsəlman dünyasında kəskin etirazlar doğurmuş karikaturalarının “Filadelfiya inkuayrer” qəzetində dərc edilməsini pisləmişlər.
Qəzetin baş redaktoru və müavini nümayişçilərlə görüşərək, nəşrin mövqeyini açıqlamışlar. Baş redaktor bundan sonra demişdir: “Qəzet onların dininə və ya Peyğəmbərinə hörmətsizlik etmək niyyətində deyildir. Sadəcə olaraq, biz müsəlman dünyasında belə emosional reaksiyanın nə səbəbdən yarandığını öz oxucularımıza izah etmək istəmişik”.
Lakin baş redaktorun mövqeyi nümayiş iştirakçılarını inandırmadı və “Məclis əş-Şura” Təşkilatı bildirdi ki, “Filadelfiya inkuayrer” rəsmən üzr istəməsə, fevralın 10-da kütləvi etiraz aksiyası keçirəcəkdir.