ABŞ-da koronavirusdan ölənlərin sayı 17-yə çatıb
Vaşinqton, 7 mart, AZƏRTAC
Cümə günü Florida ştatının iki sakini koronavirusdan ölüb. Beləliklə, ABŞ-da koronavirusdan ölənlərin sayı 17-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda cümə günü axşam Florida ştatının Səhiyyə Departamentinin nümayəndələri bildirdilər.
Qeyd edilib ki, pasiyentlər Santa-Roza dairəsinin və Qadsden De Santisin sakinləri idi. Hər ikisinin yaşı yetmişdən yuxarı idi və sağlamlıqla bağlı problemləri var idi. Pasiyentlərdən biri yaxın vaxtlarda xaricdə olub.
Bu günə kimi Birləşmiş Ştatlarda koronavirusa yoluxma ilə bağlı 249 təsdiq edilmiş hadisə qeydə alınıb. Onlar Arizona, Kaliforniya, Kolorado, Florida, Corciya, İllinoys, İndiana, Kentukki, Merilend, Massaçusets, Nevada, Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Tennessi, Texas, Vaşinqton və Viskonsin ştatları sakinləridir.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]