ABŞ-da sərnişin təyyarəsi məcburi eniş edib
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-da təyyarə sərnişinlərdən birinin pilot kabinəsinə girməyə cəhd göstərməsi səbəbindən Albukerke şəhərinin (Nyu-Meksiko ştatı) aeroportuna məcburi eniş edib.
AZƏRTAC ABŞ telekanallarına istinadla xəbər verir ki, Delta aviakompaniyasına məxsus təyyarə Los-Ancelesdən Neşvill şəhərinə uçurdu. Göyərtəsindəki insidentlə əlaqədar layner Albukerke şəhərindəki Sanport beynəlxalq aeroportuna yönləndirilib.
Aeroportun əməldaşları bildiriblər ki, sərnişin təyyarənin kabinəsinə girməyə çalışıb, lakin buna nail olmayıb. Təyyarə bələdçiləri və sərnişinlər onu neytrallaşdıra biliblər. Sərnişinlərin sözlərinə görə, həmin şəxs “təyyarəni dayandırmağı” tələb edib. Layner aeroporta heç bir hadisə baş vermədən enib.
Albukerke aeroportunda polis basqınçını saxlayıb. İşin təhqiqatı ilə FTB məşğul olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]