ABŞ-da terror hücumu törədən sürücü tək hərəkət edib
Bakı, 3 yanvar, AZƏRTAC
ABŞ-ın Yeni Orlean şəhərində yük avtomobilini Yeni ilin gəlişini qeyd edən insanların üzərinə sürməkdə şübhəli bilinən şəxs yalnız hərəkət edib.
AZƏRTAC xəbər verir ki, hücumdan sonra polislə atışmada öldürülən şəxsin Texas ştatından olan ordu veteranı olduğu və avtomobilində İŞİD bayrağı olduğu müəyyən edilib. O, hücumdan əvvəl çəkilmiş videolarda terror qruplaşmasına qoşulduğunu bildirib.
Hadisə yanvarın 1-i gecə saatlarında Luiziana ştatının Yeni Orlean şəhərində baş verib. Sonradan adının Şamşud Din Cabbar olduğu müəyyənləşən şəxs yük maşınını Yeni ilin gəlişini qeyd edən insanların üzərinə sürüb. Nəticədə 15-dən çox insan həlak olub, 35-ə yaxın insan xəsarət alıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]