ABŞ DNESTRYANI BÖLGƏNİN RƏHBƏRLƏRİ BARƏSİNDƏ YENİ VİZA SANKSİYALARI TƏTBİQ ETMİŞDİR
ABŞ xarici siyasət idarəsinin bəyanatına görə, “həmin adamlar Dnestryanı bölgədə moldovan dilində dərs keçilən məktəblərin bağlanması məqsədi ilə aparılan kampaniyaya görə məsuliyyət daşıyan şəxslərdəndir”. ABŞ hökuməti bildirir ki, “məhz həmin kampaniya çərçivəsində bu günlərdə yetimxanadakı uşaqlar təcrid olunmuş və təzyiqlərə məruz qalmış, habelə ATƏT və YUNİSEF tərəfindən göndərilən ərzaq və suyun onlara çatdırılmasını çətinləşdirmək üçün müxtəlif vasitələrə əl atılmışdır.
ABŞ 2003-cü ilin fevralında Dnestryanı bölgənin lideri İqor Smirnov və onun “hökuməti”nin 16 naziri barəsində belə sanksiyalar artıq tətbiq etmişdi. Dövlət Departamenti həmin sanksiyaların qüvvədə qaldığını təsdiqləmişdir.
Bir qədər əvvəl xəbər vermişdir ki, Dnestryanı bölgədə moldovan məktəblərinin bağlanması nəticəsində yaranmış böhranla əlaqədar Brüssel də Avropa Birliyi ölkələrinə “yolu bağlanmış” Tiraspol nümayəndələrinin mövcud “Avropa qara siyahısına” yeni adlar əlavə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]