ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ RİÇARD ARMİTAC GUÖAM ÖLKƏLƏRİNİN SƏFİRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac GUÖAM ölkələrinin - Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan və Moldovanın səfirləri ilə görüşmüşdür.
Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Hafiz Paşayevin də iştirak etdiyi bu görüşdə GUÖAM ölkələrinin yerləşdiyi regionda iqtisadi inkişafın perspektivləri, regional təhlükəsizliyi təmin edən müxtəlif layihələrin həyata keçirilməsi müzakirə olunmuşdur. ABŞ dövlət katibinin müavini qeyd etmişdir ki, Birləşmiş Ştatlar ticarət, nəqliyyat, hüquq islahatları sahəsində GUÖAM ölkələri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. O, habelə bildirmişdir ki, gələn il keçiriləcək yüksək səviyyədə ABŞ-GUÖAM görüşü bu layihələrin həyata keçirilməsinin daha da sürətlənməsinə təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]