ABŞ Hərbi Hava Qüvvələri lazer silahını sınaqdan keçirib
Bakı, 6 may, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələri Nyu-Meksika ştatında lazer silahını uğurla sınaqdan keçirib.
AZƏRTAC xəbər verir ki, The Drive portalının yaydığı məlumata görə, “Ağ qumlar” poliqonunda keçirilən sınaqlar zamanı lazer qurğusu havada bir neçə raketi zərərsizləşdirib.
“Lockheed Martin” kompaniyası tərəfindən hazırlanan lazer silahı “hava-hava” və “yer-hava” tipli raketləri vuraraq ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin təhlükəsizliyini təmin edəcək.
Sistemin silahlanmaya 2020-ci ilin ikinci yarısında qəbul ediləcəyi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]