ABŞ HÖKUMƏTİ TERRORÇULAR HAQQINDA İNFORMASİYAYA GÖRƏ 57 MİLYON DOLLAR ÖDƏMİŞDİR
ABŞ hökuməti həmin məbləği “Ədalətə görə mükafatlandırma” proqramı çərçivəsində vermişdir. Proqram terrorçularla mübarizə aparmaq üçün dünyanın hər yerində ABŞ-a mühüm məlumat verən şəxsləri maddi cəhətdən maraqlandırmaq məqsədi daşıyır.
Bu məqsədlə oktyabrın 25-də üç Filippin vətəndaşına 1 milyon dollar verilmişdir. Belə ki, Filippin Silahlı Qüvvələri onların məlumatı sayəsində “Əbu Səyaf” terrorçu qruplaşmasının liderlərindən biri Hamsirac Salini aşkara çıxarıb məhv edə bilmişlər.
1984-cü ildən bəri fəaliyyət göstərən “Ədalətə görə mükafatlandırma” proqramı 25 milyon dollaradək mükafatlar nəzərdə tutur.
Hazırda 25 milyonluq ən iri mükafat Üsamə ben Laden və Əbu Musa əz-Zərqavi haqqında məlumata görə vəd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]