ABŞ-ın “Carl Vinson” aviadaşıyıcısı Cənubi Koreyaya gəlib
Bakı, 21 noyabr, AZƏRTAC
KXDR-in fəzaya kəşfiyyat peyki buraxacağı barədə bəyanatları fonunda ABŞ-ın “Carl Vinson” aviadaşıyıcısı Cənubi Koreyanın Pusan şəhərindəki hərbi-dəniz bazasına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin əməliyyatlar mərkəzinin direktoru Kim Çji Huan bildirib.
“Birləşmiş Ştatların 1-ci aviadaşıyıcı zərbə qrupunun gəlişi Cənubi Koreya və ABŞ alyansının müdafiə sahəsində sərt mövqeyini və KXDR-in artan nüvə və raket təhdidlərinə qarşı qətiyyətini nümayiş etdirir”, - deyə Kim Çji Huan vurğulayıb.
Şimali Koreya noyabrın 22-dən dekabrın 1-dək Sarı dəniz və Cənubi Çin dənizi istiqamətində kəşfiyyat peykini orbitə çıxaracağı barədə Yaponiyanı məlumatlandırıb. Bu, KXDR-in üçüncü müvafiq cəhdi olacaq. Pxenyan cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd edib.
Qeyd edək ki, “Carl Vinson” aviadaşıyıcısı Birləşmiş Ştatların bu il Koreya Respublikasına göndərdiyi üçüncü təyyarədaşıyan gəmidir. Mart ayında “USS Nimitz”, oktyabrda isə “Ronald Reagan” aviadaşıyıcıları Cənubi Koreya sahillərinə gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]