ABŞ-ın dövlət katibinin müavini: Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir
Kiyev, 6 mart, AZƏRTAC
ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib.
Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.
Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq.
D.Qeylin səfəri martın 7-də başa çatacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]