ABŞ-ın Pensilvaniya ştatının qubernatoru Azərbaycan icmasını Novruz bayramı münasibətilə təbrik edib
Vaşinqton, 23 mart, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatının qubernatoru Tom Vulf ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edən rəsmi proklamasiya açıqlayıb. Sənəddə deyilir ki, ştatın azərbaycanlı icması Pensilvaniyanın ayrılmaz tərkib hissəsidir. Onun üzvləri öz tarixi, mədəni irsi və çoxəsrlik ənənələri ilə ştatın əhalisinin mədəni müxtəlifliyinə böyük töhfə verib.
Sonra sənəddə qədim Novruz bayramının qeyd edilməsində musiqi, ifaçılıq və kulinariya ənənələrinin əhəmiyyəti və bütün bunların qorunub saxlanılmasında gənc nəslin rolu vurğulanıb
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton