ABŞ İran və Rusiyaya yeni sanksiyalar tətbiq edib
Vaşinqton, 11 sentyabr, AZƏRTAC
ABŞ Rusiya və İrana qarşı sanksiya tətbiq edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət və Xəzinə departamentləri məlumat yayıb. Sanksiya İranın göstərdiyi hərbi dəstək, o cümlədən İranın Rusiyaya bu yaxınlarda ballistik raket tədarük etməsi ilə bağlıdır. Məlumatda bildirilir ki, İran və Rusiya arasında genişlənən hərbi tərəfdaşlıq Avropa təhlükəsizliyini təhdid təşkil edir. Sanksiya siyahısına Rusiya və İranda fəaliyyət göstərən 10 fiziki və 6 hüquqi şəxsin adı daxil edilib. Siyahıya sərnişin və yükdaşımalar həyata keçirən “İranAir” şirkətinin və İran Hərbi Hava Qüvvələri Kosmik Komandanlığının komandanı Əli Cəfərabadinin adı da daxildir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]