ABŞ İRANA İYULUN 12-DƏK MÖHLƏT VERİR
Bundan əvvəl “altılar” öz xarici işlər nazirlərinin iyulun 12-də müşavirəsini keçirməyi qərara almışlar. Müşavirədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana da iştirak edəcəkdir.
Berns əmindir ki, Tehran “altılar”ın təşəbbüsünə həmin müddətədək cavab verməsə, “iranlılara dünya birliyi tərəfindən çox boyük təzyiq olacaqdır”. O xatırlatmışdır ki, “altılar”ın təkliflərinə cavab göndərmək üçün iranlılara aylarla deyil, bir həftə vaxt verilmişdir.
ABŞ diplomatı “altılıq” ölkələrinin Tehranın yeni təşəbbüsdən imtina edəcəyi təqdirdə ona qarşı mümkün iqtisadi və siyasi sanksiyaların tətbiq olunması ilə əlaqədar razılığa gəlib-gəlmədikləri barədə sualın cavabından yayınmışdır. Berns demişdir: “Altılar”ın təkliflərinə İranın qəti reaksiyasını gözləmək lazımdır. Onadək hipotetik suala cavab verməyin mənası yoxdur”.