SİYASƏT
ABŞ mediasında Ermənistanın hərbi təxribatından bəhs olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
ABŞ-ın https://texas.statenews.net xəbər portalında ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribat barədə Azərbaycan icmasının bəyanatı yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) adından yayılan bəyanatda Texas ştatının Hyuston şəhərində yaşayan Azərbaycan əsilli amerikalılar Ermənistanın qəbuledilməz davranışına sərt etiraz etdiklərini bildiriblər.
Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirən soydaşlarımız beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini tələb ediblər.