ABŞ müdafiə naziri Ukraynadan Polşaya gedib
Bakı, 21 noyabr, AZƏRTAC
ABŞ müdafiə naziri Lloyd Ostin Polşanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Jeşuv aeroportuna gəlib.
AZƏRTAC xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Lloyd Ostin səfər çərçivəsində həmkarı Mariuş Blaşakla hərbi əməkdaşlığı müzakirə edəcək.
“Jeşuv hava limanı Rusiyanın işğalı ilə mübarizədə Kiyevə yardım baxımından strateji əhəmiyyət kəsb edir. Polşa və ABŞ-ın Ukraynaya hərbi dəstəyinin böyük hissəsi buradan keçir”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, noyabrın 20-də Kiyevə səfər edən ABŞ müdafiə naziri burada Ukrayna prezidenti Vladimir Zelenski və ukraynalı həmkarı Rustem Umerovla görüşüb. Lloyd Ostin Birləşmiş Ştatların Kiyevə 100 milyon dollar həcmində yeni yardım paketinin ayırdığını elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]