ABŞ ORTA ŞƏRQDƏ SÜLHƏ NAİL OLMAQ ÜÇÜN ÖZ SƏYLƏRİNİ DAVAM ETDİRƏCƏK
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərə görə, bunu dekabrın 6-da Ağ evdə İordaniya kralı II Abdulla ilə görüşdə ABŞ Prezidenti Corc Buş bəyan etmişdir.
Yerli KİV-lərin məlumatına görə, Prezident Corc Buş Orta Şərqdə sülhü qoruyub saxlamaq üçün gələcək Fələstin dövləti ilə İsrailin dinc yanaşı yaşamasının zəruliyini də vurğulamışdır. O demişdir ki, ABŞ indiki məqamdan istifadə edərək, İordaniya ilə birlikdə bu regionda sülh prosesini irəlilətmək niyyətindədir.
C.Buş İraqdakı vəziyyətə toxunaraq, bu ölkədə gələn il yanvarın 30-na planlaşdırılmış ümumi seçkilərin vaxtında keçirilməsi ilə bağlı mövqeyinin dəyişmədiyini bir daha təsdiq etmişdir.
II Abdulla Orta Şərqdə sülhün bərqərar olması üçün ABŞ hökumətinin göstərdiyi səyləri alqışlayaraq demişdir ki, İordaniya İraqda hökumət dəyişikliyinin demokratik yolla həyata keçirilməsində və Orta Şərqdə sülhə nail olmaqda Birləşmiş Ştatlarla sıx əməkdaşlığa hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]