ABŞ səfirliyinin müvəqqəti işlər vəkili QHT-lərə Dövlət Dəstəyi Şurasında olub
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.
A.Quliyev bütün xarici QHT-lərin Azərbaycanın qanunlarına uyğun olaraq fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. O, QHT-lərlə bağlı qanunvericiliyə edilən son əlavə və dəyişikliklərin vətəndaş cəmiyyətində daha sağlam mühitin yaradılmasına, şəffaflığın təmin olunmasına yönəldiyini bildirib. Şura sədri təəssüflə qeyd edib ki, ABŞ-ın və Avropa dövlətlərinin bəzi rəsmiləri bir sıra məsələlərə hüquqi deyil, siyasi tərəfdən baxaraq əsassız şəkildə ikili standartlardan, qeyri-obyektiv mövqedən çıxış edirlər. Bu isə haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur.
A.Quliyev fəaliyyəti zamanı çətinliklərlə üzləşən QHT-lərin işinə kömək edilməsi məqsədilə Şurada hüquq və monitorinq komissiyasının yaradıldığını diqqətə çatdırıb.
Sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.