ABŞ SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDUNDA OLMUŞDUR
BAMF-nin sədri Ümid Mirzəyev təşkilat haqqında, fəaliyyətə başladığı 1992-ci ildən bəri görülən işlər və həyata keçirilən layihələr, media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqın və məcburi köçkünlərin problemləri və icmanın inkişafı istiqamətlərində indiyədək əldə olunan nailiyyətlər barədə qonağa ətraflı məlumat vermişdir.
Fondun fəaliyyətini yüksək dəyərləndirən diplomat, BAMF-nin nüfuzlu təşkilatlarla - BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu və digər qurumlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirməsinə dair fikir mübadiləsi aparmışdır.
Görüşdə birgə əməkdaşlıq məsələləri də müzakirə edilmişdir.