ABŞERON ÇİMƏRLİKLƏRİNDƏ DƏNİZ SUYUNUN TEMPERATURU 30 DƏRƏCƏYƏ QALXACAQDIR
Bakı, 12 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 36-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaqdır.
İyulun 13-də havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə isti olacaqdır.
İyulun 14-də hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 33-35 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında iyulun 12-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcəkdir.
İyulun 13-14-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 35-39 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]