Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava baş verib
Xırdalan, 26 iyul, AZƏRTAC
Abşeron rayonunda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava baş verib.
Rayonun hüquq-mühafizə orqanlarından AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı altı nəfər - 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.
Dava zamanı ağır xəsarət almış iki nəfər - H.Cabbarov hadisə yerində, M.Məmmədov isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]