Adı mərc oyunlarında hallanan türkiyəli hakim açıqlama verib
Bakı, 30 oktyabr, AZƏRTAC
Adı mərc oyunlarında hallanan türkiyəli hakim Zorbay Küçük açıqlama verib.
AZƏRTAC xəbər verir ki, o, özü barədə çıxan xəbərlərin yanlış olduğunu söyləyib: “Mən hakimlik karyeram dövründə və ondan əvvəl heç bir mərc saytının üzvü olmamışam. İdman növlərinə pul qoymamışam. Həqiqətləri sübut etmək üçün bütün addımları atmışıq”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, Türkiyədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırılacağını açıqlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]