Adil Kərimli: Şuşada bu cür tədbirlərin keçirilməsi bütün Türk dünyasına önəmli bir mesajdır
Şuşa, 14 oktyabr, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş I Türk Dünyası Mədəniyyət Forumu iki gün ərzində Şuşada davam etdi. Panellərdə maraqlı mövzular müzakirə edildi. Türk dünyasının görkəmli mədəniyyət xadimləri, mütəxəssisləri, türk mədəni irsinin təmsilçiləri məhz burada yığışaraq, həm ortaq türk mədəni irsi ilə bağlı, həm də dil və ədəbiyyat sahəsində çox maraqlı və vacib müzakirələr apardılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, I Türk Dünyası Mədəniyyət Forumunun sonunda bütün forumun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib: “Şuşa Bəyannaməsinin vacib istiqamətlərindən biri ondan ibarətdir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə təqdim edilmiş bu platforma dayanıqlı bir formata çevrilsin. Bu təşəbbüsün və imkanın yaradılmasına görə forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümüzü bildiririk”.
Nazir diqqətə çatdırıb ki, Şuşada “Türk dünyasının mədəniyyət paytaxtı”nda bu cür tədbirlərin keçirilməsi bütün Türk dünyasına önəmli bir mesajdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]