ADY departamentinin rəhbəri: “Azərbaycan Dəmir Yolları” dayanıqlığı özünə dəyər olaraq qəbul edib
Bakı, 1 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-cü ili əhatə edən dayanıqlıq hesabatını dərc edib. Bu, ictimai nəqliyyat üzrə Azərbaycanda ilk dayanıqlıq hesabatıdır. ADY nəqliyyatda inklüzivliklə bağlı tədbirlərinin görülməsi ilə bağlı ciddi işlər görür.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” dayanıqlığı özünə dəyər olaraq qəbul edib.
“COP29 çərçivəsində görmə, fiziki məhdudiyyətli sərnişinlər üçün xeyli işlər görülüb. Bunlardan biri taktil döşəmələrin yenilənməsidir. Bu istiqamətdə işlərə məsuliyyətlə yanaşırıq və çalışırıq ki, sərnişinlərə, xüsusilə inklüziv cəmiyyət qurmaq üçün bütün xidmətləri təqdim edək”, - deyə A.İsmayılova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]