ADY qeyri-iş günlərində 64 mindən çox sərnişin daşıyıb
Bakı, 30 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26-29 iyun qeyri-iş günlərində 64 min 656 sərnişin daşıyıb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, Abşeron dairəvi dəmir yolu – 54 505 nəfər, Bakı-Qazax-Bakı marşrutu – 6 196 nəfər, Bakı-Qəbələ-Bakı marşrutu – 1 544 nəfər, Bakı-Balakən-Bakı marşrutu – 2 411 nəfər ölüb.
Qeyd edək ki, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]