AFFA “Neftçi”nin futbolçusu ilə “Sabah”ın məşqçisini cəzalandırıb
Bakı, 23 oktyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının X turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi” – “Səbail” matçının 81-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Edvin Kuts birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 1000 manat cərimə edilib. Görüşün fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “ağ-qaralar” daha 800 manat cərimələnib.
“Zirə” – “Sabah” qarşılaşmasının 45+4-cü dəqiqəsində qonaq komandanın köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb və biri şərti olmaqla 2 matç diskvalifikasiya edilib. Klub isə məşqçinin davranışına görə 1000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt”la oyunun ikinci hissəsində meydançaya gec çıxan “Turan Tovuz” klubu isə 1500 manat cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]