AFFA RƏHBƏRLİYİ FİFA PREZİDENTİ İLƏ GÖRÜŞƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, AFFA-nın prezidenti Ramiz Mirzəyevin və baş katib Fuad Əsədovun yanvarın 14-də Moskvada FİFA prezidenti Yozef Blatterlə olacaq görüşündə Azərbaycanda futbolun inkişafı naminə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər beynəlxalq futbol təşkilatlarının maliyyə köməyi ilə ölkəmizdə inşa edilən futbol meydançaları, AFFA-nın tikilməkdə olan inzibati binası və digər məsələlər və birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər barədə söhbət gedəcəkdir.
Yanvarın 25-də AFFA-nın prezidenti, baş katibi və milli yığmanın baş
məşqçisi Şahin Diniyev İsveçrənin Montre şəhərinə yola düşəcək, EURO-2008 çərçivəsində keçiriləcək futbol yarışlarının püşkatma mərasimində iştirak edəcəklər.