AFFA “Turan Tovuz”u böyük məbləğdə cərimələyib
Bakı, 23 yanvar, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında Tovuz təmsilçisi 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib. Bundan başqa, azarkeşlərin meydançaya kənar əşyalar atması, hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və pirotexniki vasitədən istifadə etməsi klubu əlavə 3300 manat xərcə salıb.
“Neftçi” – “Sabah” oyununda isə meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komanda 800 manat cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]