Ağ ev Konqresin İsrailə F-15 tədarükünə icazə verməsini istəyir

Bakı, 3 aprel, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden administrasiyası Konqresin İsrailə 18 milyard dollar dəyərində F-15 qırıcı təyyarələrinin tədarükünə razılıq verməsini istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət Departamenti Konqresin iki komitəsinə qeyri-rəsmi bildiriş göndərərək onlardan İsrailə 50-dək döyüş təyyarəsinin tədarükünə icazə verməsini tələb edib.
Nəşr qeyd edir ki, yəhudi dövləti Qəzza sektorunu hazırda sərəncamında olan F-15 qırıcıları ilə bombalayır. Əlavə təchizat tələbi çox güman ki “Hizbullah” qruplaşmasının və İranla bağlı digər qrupların fəaliyyəti nəzərə alınmaqla, regionda gələcək vəziyyətlə bağlı narahatlıqdan irəli gəlir.
“Politico” qəzeti də öz növbəsində, Ağ evin F-15 döyüş təyyarələri və “hava-hava” tipli raketlər də daxil olmaqla, İsrailə böyük silah tədarükünü nəzərdən keçirdiyini yazıb. ABŞ hökumətinin Fələstin-İsrail münaqişəsində tutduğu mövqeyə etiraz olaraq istefa verən Dövlət Departamentinin sabiq əməkdaşı Coş Polun sözlərinə görə, saziş Cozef Bayden administrasiyasının İsrailə qarşı sərt mövqe nümayiş etdirmək istəmədiyini ortaya qoyub.
Bu arada İsrail ordusu Qəzza sektoru ilə Misir sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyata hazırlığı davam etdirir. Yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu martın 17-də əməliyyatın bir neçə həftə ərzində başlayacağını bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [21:33]
Əbu-Dabidə Dünya Təbiəti Mühafizə konqresi keçiriləcək
- 24.04.2025 [21:28]
Ursula Fon der Lyayen: Enerji çağırışlarına kollektiv cavab verilməlidir
- 24.04.2025 [21:10]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2025 [20:37]
Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib
- 24.04.2025 [18:33]
İngiltərə və Uelsdə şəxsi oğurluq halları 22 faiz artıb
- 24.04.2025 [17:48]
Böyük Britaniya sahillərində nəhəng aysberqlərin izləri aşkar edilib
- 24.04.2025 [17:44]