Ağ Evdə ABŞ və Suriya prezidentləri arasında qapalı görüş keçirilir
Bakı, 10 noyabr, AZƏRTAC
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Suriya Prezidenti Əhməd Əl Şara arasında qapalı görüş keçirilir.
AZƏRTAC-ın məlumatına görə, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri liderinin Vaşinqtona ilk rəsmi səfəridir. İki prezidentin Suriyanın böyük bir hissəsinə hələ də nəzarət edən kürd fraksiyalarının inteqrasiyası da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəyi gözlənilir. Əl Şara, həmçinin Trampdan Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını istəyəcək. ABŞ Prezidenti isə Suriyanı Abraham sazişini imzalayan ölkələr qrupuna əlavə etməyi hədəfləyir.
Görüş zamanı Suriyanın İŞİD-ə qarşı vuruşan ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya rəsmi olaraq qoşulmasının müzakirə ediləcəyi gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [15:06]
Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib
- 02.11.2026 [14:12]
Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO
- 02.11.2026 [12:52]
Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb
- 02.11.2026 [12:48]