Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Avropa iğtişaşların və etirazların məngənəsində boğulur. Bunun əsas səbəbləri ölkələrin daxili siyasətlərindəki səhvlərlə yanaşı, dəyişən dünya nizamına doğru getdikcə fərqli siyasi qüvvələrin fəallaşması ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi şərhçi Aqşin Kərimov deyib.
Siyasi şərhçinin fikrincə, Prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu və onun fəaliyyətinin cəmiyyətin tələblərinə cavab verməməsi Fransada sosial etirazları şiddətləndirir.
Almaniyada da oxşar hadisələrin baş verməsi gələcəkdə Avropa İttifaqı daxilində yeni etiraz dalğalarının başlaya biləcəyindən xəbər verir.
Daha ətraflı videomaterialda izləyə bilərsiniz.