REGİONLAR
Ağcabədidə yeni yerüstü piyada keçidi istifadəyə verilib VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni isə 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.
Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.