Ağdam Sənaye Parkının rezidentlərinin sayı 31-ə çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
“Saloğlu Qarabağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bununla da parkın rezidentlərinin sayı 31-ə çatıb.
Yeni rezident tərəfindən sənaye parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:58]
Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq
- 29.10.2026 [16:18]