Ağdamda 2600 hektar sahədə pambıq becəriləcək
Ağdam, 27 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 1350 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 600 hektarı “Azərpambıq” MMC və 650 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2600 hektarda pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq becəriləcək sahələr qış aylarında şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci ongünlüyündə başlanacaq.
Qeyd edək ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]