Ağdaş gimnastları Bakıda hazırlıq keçirlər
Bakı, 14 dekabr, AZƏRTAC
Abşeron və Ağdaş Olimpiya İdman komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya gəliblər.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dekabrın 17-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 11 idmançı iştirak edir. Məşqlərin təşkilində məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində 2021-ci ildən, Ağdaş bölməsində isə 2015-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]