Ağdaşda 2100 tondan çox çəltik istehsal olunub
Ağdaş, 10 noyabr, AZƏRTAC
Ağdaş rayonunda çəltik biçini başa çatıb, sahələrdən 2101 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirib ki, cari mövsümdə Ağdaşın 15 icra nümayəndəliyində 652,5 hektar sahədə çəltik yetişdirilmişdi. Əkin sahələri ötən ildəkindən 12,9 hektar çox olub. Məhsul istehsalı da artıb, hər hektardan 32,2 sentner çəltik götürülüb. Rayonun bir sıra ərazi dairələrində, xüsusilə Yuxarı Nemətabad, Hapıtlı, Yenicə, Aşağı Ləki, Ağzıbir icra nümayəndəliklərində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.
Qeyd edək ki, çəltikçilik bölgədə ənənəvi təsərrüfat sahələrindəndir. Rayonda gələn mövsümdə əkin sahələrinin azı 20 hektar artacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]