Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk ekspert: Şuşa Bəyannaməsi Türk dünyasında həmrəyliyin və inteqrasiyanın bələdçisidir

Türk ekspert: Şuşa Bəyannaməsi Türk dünyasında həmrəyliyin və inteqrasiyanın bələdçisidir

Ankara, 17 iyun, AZƏRTAC

Şuşa Bəyannaməsi təkcə iki qardaş xalq arasında münasibətlərin gələcəyini müəyyən edən diplomatik sənəd deyil, həm də Cənubi Qafqazda və daha geniş mənada Avrasiyada güc balansını dəyişdirən tarixi bir dönüş nöqtəsinin göstəricisidir.

Bu fikri Türkiyənin Qafqaz Universitetinin (Qars) Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Elnur Həsən Mikayıl AZƏRTAC-a verdiyi müsahibədə ifadə edib.

Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də Şuşada imzalanan sənəd Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrini beynəlxalq hüquqa əsaslanan strateji müttəfiqlik səviyyəsinə qaldırıb və “Bir millət, iki dövlət” konsepsiyasının həyata keçirilməsi üçün güclü institusional təməl yaradıb.

“Bu tarixi sənədin imzalanmasından keçən beş il onun əsasını təşkil edən vizyonun nə qədər uzaqgörən və real olduğunu nümayiş etdirdi”, - deyə türkiyəli universitet professoru bildirib. O, Şuşa Bəyannaməsinin müddəalarının həyata keçirilməsinin konkret nəticələrinin regional təhlükəsizlik və enerjidən tutmuş müdafiə sənayesinə və türk institutlarının gücləndirilməsinə qədər əməkdaşlığın bir çox sahəsində hiss olunduğunu qeyd edib.

“Qlobal arenada artan gərginlik fonunda Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik regional sabitliyin əsas təminatlarından birinə çevrilib”, - deyə ekspert bildirib.

Qafqaz Universitetinin professorunun sözlərinə görə, Şuşa Bəyannaməsinin ən vacib aspekti Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına yönəlmiş etibarlı təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. O hesab edir ki, hər hansı bir tərəf üçün təhlükəsizlik təhdidi yarandıqda, qarşılıqlı məsləhətləşmə və dəstək mexanizmi yaradan Bəyannamə regional böhranların qarşısını alan vasitəyə çevrilib.

Agentliyin müsahibi qeyd edib ki, 44 günlük Vətən müharibəsində Qələbə fonunda Türkiyə-Azərbaycan vektoru regional təhlükəsizliyə yanaşmalarda həlledici aktor kimi ortaya çıxıb. “Son beş il Ankara və Bakının yeni geosiyasi reallıqda nə qədər dəqiq mövqeyə malik olmalarını əyani şəkildə nümayiş etdirib”, -deyə professor əlavə edib.

Regionda kommunikasiyaların bərpası mövzusuna toxunan ekspert Zəngəzur dəhlizini Şuşa Bəyannaməsində göstərilən strateji vizyonun təcəssümü adlandırıb. O vurğulayıb: “Bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb bölgələri arasında birbaşa əlaqə təmin etməklə yanaşı, həm də Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan Türk dünyasında fasiləsiz kommunikasiya üçün əsas yaradır. Əminəm ki, layihə regional iqtisadi inteqrasiyanı sürətləndirəcək, enerji və nəqliyyat yollarının təhlükəsizliyini artıracaq, həmçinin Cənubi Qafqazı beynəlxalq ticarətin əsas mərkəzinə çevirəcək”.

Professor vurğulayıb ki, iki qardaş ölkənin liderləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Bəyannamə Türk dünyasının gələcəyi üçün hərtərəfli yol xəritəsidir. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə qazandığı stimul bu vizyonun institusional həyata keçirilməsinin ən vacib nəticəsidir: türk dövlətləri məkanında siyasi, iqtisadi və mədəni əməkdaşlıq dərinləşir.

Professor Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) mövqeyinə xüsusi diqqət çəkib. Bu cümhuriyyət TDT-də müşahidəçi statusu alaraq, Şərqi Aralıq dənizində Türk dünyasının strateji dayağına çevrilib.

Alim daha sonra qeyd edib: “Enerji resurslarının potensialı, dəniz yurisdiksiyası zonalarının mövcudluğu və Şərqi Aralıq dənizində regional təhlükəsizlik balansı nəzərə alınmaqla, ŞKTC-nin Türk dünyasının cənub cinahındakı rolu getdikcə daha vacib hala gəlir. Şuşa Bəyannaməsinin ruhu Türk dünyasının vahid vizyonuna birbaşa uyğundur”.

Ankara-Bakı müttəfiqliyi mövzusuna qayıdan ekspert xatırladıb ki, iki qardaş ölkə onilliklər ərzində enerji sektoru da daxil olmaqla strateji tərəfdaşlıq nümayiş etdirir. “Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri bu əməkdaşlığın təməl daşlarına çevrilib. Şuşa Bəyannaməsi sayəsində iqtisadi inteqrasiya prosesi daha əhatəli olub. Bu prosesin ən gözəçarpan nəticələri Türkiyə şirkətlərinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrinin bərpasında, nəqliyyat və logistika infrastrukturunun inkişafında və Orta Dəhlizin gücləndirilməsində fəal roludur”, - deyə o bildirib.

Alim yekun olaraq əminliklə qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri üçün fundamental strateji təməl kimi əhəmiyyətini nəinki qoruyub saxlayacaq, həm də onu artıraraq bütün Türk dünyasında həmrəylik və inteqrasiya üçün bir bələdçi və model rolunu oynayacaq.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib