Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uorvik Universitetinin azərbaycanlı tələbəsi: Kibertəhlükəsizlik artıq strateji prioritetdir - MÜSAHİBƏ

Uorvik Universitetinin azərbaycanlı tələbəsi: Kibertəhlükəsizlik artıq strateji prioritetdir - MÜSAHİBƏ

London, 17 iyun, AZƏRTAC

Böyük Britaniyada təhsil alan istedadlı azərbaycanlı gənclərdən biri olan Əliheydər Babayev hazırda Uorvik Universitetində kibertəhlükəsizlik mühəndisliyi ixtisası üzrə magistratura təhsili alır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Ə.Babayev kibertəhlükəsizlik sahəsində əldə etdiyi bilik və təcrübəni beynəlxalq akademik mühitdə daha da inkişaf etdirir. O, AZƏRTAC-a müsahibəsində kibertəhlükəsizlik sahəsinə marağının yaranmasından, Uorvik Universitetindəki təhsil təcrübəsindən, süni intellektin yaratdığı imkan və risklərdən, eləcə də Azərbaycanın kibertəhlükəsizlik sahəsində gələcək perspektivlərindən danışıb.

-Kibertəhlükəsizlik sahəsinə marağınız necə yarandı?

-Azərbaycan Dövlət İqtisad Universitetində informasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili almışam. Açığı bu sahəni seçəndə tam olaraq nə üzrə çalışacağımı bilmirdim. Birinci semestrdə informasiya təhlükəsizliyinə giriş adlı fənn keçirdik. O dərsə qədər sahə haqqında çox səthi təsəvvürüm var idi. Amma ilk dərsdə müəllimin izahından sonra fikirlərim tamamilə dəyişdi. Kibertəhlükəsizliyin nə qədər geniş, nə qədər dinamik bir sahə olduğunu o dərsdə anladım.

Təhsil illərində müxtəlif təlim, sertifikasiya və təcrübə proqramlarında iştirak etmişəm. Bu proqramlar nəzəri biliklərimi praktiki bacarıqlarla tamamlamağıma, real iş mühitini yaxından tanımağıma və kibertəhlükəsizlik sahəsinə daha peşəkar yanaşma formalaşdırmağıma kömək edib. Həmin təcrübələr bu sahədə karyera qurmaq qərarımı daha da möhkəmləndirib.

-Niyə məhz bu ixtisası və universiteti seçdiniz?

-Uorvik Universiteti Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) tərəfindən akkreditasiya olunmuş universitetlər sırasındadır. Amma seçimim zamanı əsas məqam bu akkreditasiya deyildi, proqramın mühəndislikyönümlü qurulması idi. Bir çox universitetlərdə kibertəhlükəsizlik ya çox nəzəri keçilir, ya da sadəcə alət öyrənmək üzərindədir. Burada isə sistemin arxitekturasını, protokolunu, modelini anlamaq tələb olunur.

-“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq sizə hansı imkanları yaradıb?

-Düşünürəm ki, Dövlət Proqramı ən əsası maliyyə baxımından real imkan yaratdı. Uorvik Universitetində bu proqramsız oxumaq çox çətin olardı. Bunun sayəsində bütün diqqətimi təhsilimə və tədqiqata ayıra bildim. Proqram, həmçinin müxtəlif ölkələrdə, müxtəlif ixtisaslarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərlə əlaqə qurmaq imkanı verir, bu da öz növbəsində faydalıdır, çünki gələcəkdə hər hansı bir startap layihəsi qurmaqda və müxtəlif əməkdaşlıqların qurulmasında çox kömək edir.

-Uorvik Universitetində təhsil və tədqiqat mühitini necə qiymətləndirirsiniz?

-Burada tədris formatı maraqlı qurulub və digər universitetlərdən və ixtisaslardan fərqlidir. Biz hər ay yalnız bir modul keçirik və o müddətdə başqa dərsimiz olmur. Buna görə də hər mövzuya lazımi diqqəti vermək olur. Ən əsası hər modulda kurs işləri, layihə tipli tapşırıqlar olur və bunlar adi tapşırıqlar deyil, real ssenarilər üzərindədir. Bizdən burada texniki həll və üsul tapmaqla yanaşı, onu düzgün hesabat şəklində təqdim etmək də tələb olunur. Yəni işin keyfiyyəti nə qədər yüksək olsa da, zəif təqdim olunarsa, aşağı bal əldə edirik. Əvvəlcə bu tələb ağır görünürdü, sonra başa düşdüm ki, iş həyatında da məhz bu vacibdir. Ən çox xoşladığım “Kibertəhlükəsizlik Tədqiqat Metodları” adlı modul oldu. Modul boyunca biz kibertəhlükəsizlik sahəsində akademik tədqiqatın necə aparılmasını, məqalənin necə qurulmasını, arqumentlərin necə əsaslandırılmasını işlədik. Başqa proqramlarda bu mövzulara adətən digər modulların içində səthi olaraq toxunulur, burada isə ayrıca bir modul kimi verilir.

-Süni intellektin inkişafı kibertəhlükəsizlik sahəsinə necə təsir göstərir? Bu, daha çox imkanlar, yoxsa yeni risklər yaradır?

-Fikrimcə, süni intellekt kibertəhlükəsizlik sahəsində həm yeni imkanlar, həm də ciddi risklər yaradır. Müdafiə tərəfindən baxsaq, süni intellekt vasitəsilə təhlükələri daha sürətli aşkar etmək, hadisələrə avtomatik cavab vermək artıq mümkündür. Amma eyni texnologiyadan hücum tərəfi də faydalanır. Daha inandırıcı fişinq məktubları, “deepfake”lər, avtomatlaşdırılmış hücumlar, bunların hamısı süni intellekt vasitəsilə həyata keçirilir. Mənim üçün əsas məsələ budur: süni intellekt müdafiəni gücləndirdiyi qədər, onu keçməyin yollarını da asanlaşdırır. Buna görə təhlükəsizlik mütəxəssisləri bu texnologiyaları yaxşı mənimsəməli və daim yenilənən risklərə uyğunlaşmalıdır.

-Dövlət qurumları, şirkətlər və fərdi istifadəçilər üçün kibertəhlükəsizlik sahəsində ən böyük çağırışlar nələrdir?

-Hər kateqoriya üçün çağırışlar fərqlidir. Dövlət qurumları üçün əsas məsələ kritik infrastrukturun və həssas məlumatların qorunmasıdır. Şirkətlər “ransomware”, fişinq və məlumat sızmaları ilə mübarizə aparır, bu hücumların böyük hissəsi isə texniki boşluqdan yox, insan xətasından qaynaqlanır. Fərdi istifadəçilər üçün vəziyyət fərqlidir, burada texniki zəiflikdən çox məlumatsızlıq problem yaradır. Süni intellektin inkişafı ilə hücumlar daha inandırıcı, daha avtomatlaşdırılmış hala gəlib, bu isə hər üç kateqoriya üçün müdafiəni çətinləşdirir. Kibertəhlükəsizlik buna görə artıq yalnız texniki şöbənin məsələsi deyil, dövlət səviyyəsində strateji prioritetə çevrilib.

-Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafı üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

-Azərbaycanda bu istiqamətdə artıq ciddi addımlar atılıb. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi vasitəsilə kadr hazırlığına başlanması bunların ən görünənləridir. Növbəti mərhələdə isə əsas diqqət insan kapitalına yönəlməlidir. Ən güclü sistemləri də idarə edən insanlar olur, buna görə universitetlər, dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq gücləndirilməli, tələbələrin real layihələrdə iştirak imkanları artırılmalıdır. Bundan əlavə, kibertəhlükəsizlik yalnız IT mütəxəssislərinin sahəsi deyil. İnsident statistikasına baxsaq, hücumların böyük hissəsi texniki boşluqdan yox, insan xətasından qaynaqlanır. Cəmiyyətin ümumi məlumatlılıq səviyyəsinin artırılması da eyni dərəcədə vacibdir. Süni intellekt, bulud təhlükəsizliyi və kritik infrastrukturun qorunması isə gələcəyin prioritet istiqamətləridir. Azərbaycanın bu sahələrə erkən diqqət yetirməsi regionda daha güclü mövqe qazanmaq üçün real imkandır.

-Xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkənin texnoloji inkişafına töhfəsini necə qiymətləndirirsiniz?

-Xaricdə təhsil alan tələbələr yalnız akademik bilik deyil, fərqli tədqiqat mədəniyyətini, sənaye-universitet əməkdaşlığı modellərini və innovasiya ekosistemlərini yaxından görürlər. Bu təcrübəni Azərbaycana gətirmək həm dövlət, həm özəl sektor, həm də startap ekosistemi üçün dəyərlidir. Texnoloji inkişafa töhfə isə mütləq ölkəyə fiziki qayıtmaqla məhdudlaşmır. Xaricdə çalışan mütəxəssislər də bilik mübadiləsi, beynəlxalq əməkdaşlıqlar və mentorluq vasitəsilə bu prosesə qoşula bilərlər. Şəxsən mən xaricdə təhsili ölkədən getmək kimi deyil, geri qayıdanda daha çox fayda vermək üçün özünü hazırlamaq kimi görürəm.

-Təhsilinizi başa vurduqdan sonra karyeranızı hansı istiqamətdə davam etdirməyi planlaşdırırsınız? Azərbaycana qayıdaraq fəaliyyət göstərməyi düşünürsünüzmü?

-Təhsili başa vurduqdan sonra karyeramı əsasən kibertəhlükəsizlik sahəsində davam etdirməyi planlaşdırıram. Qısa və orta müddətdə müxtəlif layihələrdə və şirkətlərdə praktiki təcrübə qazanmaq, xüsusilə ölkədə formalaşmaqda olan ekosistemdə, o cümlədən Milli Kibertəhlükəsizlik Agentliyi kimi qurumlarda işləmək mənim üçün maraqlıdır. Mənə görə vacib olan təkcə əməliyyat səviyyəsində işləmək deyil, sahənin inkişafına strateji töhfə verməkdir. Uzunmüddətli perspektivdə Azərbaycanda kibertəhlükəsizlik üzrə tədqiqat mədəniyyətinin formalaşmasına töhfə vermək istəyirəm. Sahənin dayanıqlı inkişafı yalnız praktiki təcrübə ilə deyil, güclü elmi-tədqiqat bazası ilə mümkündür. Uzun müddətdə doktorantura pilləsinə keçməyi də düşünürəm, çünki sahənin inkişafı yalnız praktiki işlə deyil, tədqiqatla da mümkündür. Paralel olaraq universitetlərdə və müxtəlif təhsil müəssisələrində çalışaraq gələcək mütəxəssislərin hazırlanmasına töhfə vermək istəyirəm. Bu yol mənim üçün təkcə şəxsi karyera inkişafı deyil, ölkədə kibertəhlükəsizlik ekosisteminin güclənməsinə xidmət edən bir prosesdir.

-Kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyən gənc azərbaycanlılara hansı tövsiyələri vermək istərdiniz?

-Kibertəhlükəsizlik sahəsinə yeni başlayan gənclər üçün ən vacib şey düzgün başlanğıc və səbirli yanaşmadır. Çox vaxt insanlar bu sahəyə maraqla başlayır, amma eyni anda çox istiqaməti öyrənməyə çalışdıqları üçün tez qarışıqlıq yaşayırlar. Mən özüm də bu yoldan keçən bir tələbə kimi deyə bilərəm ki, ilk mərhələdə əsas diqqət fundamental biliklərə verilməlidir. Şəbəkələrin necə işlədiyi, əməliyyat sistemləri, xüsusilə “Linux”, ümumi IT anlayışı olmadan təhlükəsizliyi dərindən anlamaq çətindir. Bundan sonra ən vacib məsələ praktikadır. Təkcə oxumaq yox, laboratoriya mühitləri qurmaq, CTF adlanan kiberyarışmalarda iştirak etmək, real ssenarilərlə işləmək çox böyük fərq yaradır. Bu yarışmalarda hücum və müdafiə bacarıqları simulyasiya olunur, Azərbaycanda da keçirilir.

Sertifikatlara gəlincə, faydalıdır, amma əsas məqsəd bilik və problemi həll etmək bacarığı olmalıdır, işə qəbulda da daha çox bunlar önə çıxır. Ümumi tövsiyəm isə budur: hər şeyi bir anda öyrənməyə çalışmaq əvəzinə, bir istiqamət seçin, müdafiə və ya hücum testi, orada dərinləşin. Bu sahə mənim üçün sadəcə karyera deyil, daim inkişaf tələb edən və düşüncə tərzini formalaşdıran bir prosesdir.

- Azərbaycanla bağlı gələcək peşəkar və elmi hədəfləriniz barədə nə deyə bilərsiniz?

-Uorvikdə keçirdiyim bu müddət mənim üçün yalnız akademik bilik qazanmaq deyil, düşüncə tərzimi yenidən qurmaq prosesi oldu. Xatırlayıram ki, universitetin ilk dərs günü proqram rəhbərimiz bizə dedi ki, əsas məqsəd sahəyə töhfə verməkdir və bu, sizin əsas məqsədiniz olmalıdır. O an tam anlamamışdım nə demək istədiyini. Amma tədricən başa düşdüm ki, oxuyub haradasa işləmək kifayət deyil, sahəyə, ölkəyə necəsə töhfə verməliyəm.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib