Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur

Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur

Bakı, 17 iyun, AZƏRTAC

Səhralaşma həm regional, həm də demək olar ki, qlobal problemdir. Çünki səhralaşmanın toxunmadığı materik və yaxud da ki, qitə sahəsi yoxdur. Hətta bəzən Antarktidanı kənara qoyurlar, amma bu da doğru deyil. Antarktida, ümumiyyətlə, səhradır. Yəni səhralaşma o demək deyil ki, isti olur. Səhralaşmanın mənasını müxtəlif cür izah edirlər. Mənə görə torpağın, landşaftın, məhsuldarlığını, biomüxtəlifliyini tamamilə itirməsi prosesi səhralaşma adlana bilər.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda Afrika, Avstraliya, Cənubi Amerika, Şimali Amerika, eləcə də Avrasiya materikinin xüsusilə mərkəzi, cənub-qərbi, Cənubi Asiya hissələri ciddi səhralaşma zonalarıdır. Eyni zamanda, Qafqaz regionu da səhralaşma problemlərindən kənarda qalmayıb və burada Azərbaycan səhralaşmaya ən çox məruz qalan ölkələrdən biridir: “Bu, beynəlxalq sənədlərdə də qeyd olunur. Təbii ki, bir vaxtlar torpaq eroziyası, sonra səhralaşma, torpaqların deqradasiyası, indi isə çox aktual olan iqlim dəyişmələri problemləri - bunlar hamısı bir-biri ilə bağlıdır və müəyyən mənada səhralaşmaya təkan verən, onu sürətləndirən amillərdir. Hazırda Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb. Burada qismən bəzi dağlıq əraziləri çıxırıq. Onlar səhralaşmaya məruz qalmayan ərazi kimi səciyyələndirilir”.

Mirnuh İsmayılov bildirib ki, Azərbaycan ərazisində səhralaşmadan ən çox ziyan çəkən regionların bölgüsü aparılsa, ilk növbədə, Kür-Araz ovalığı gələcək. Bundan savayı, Acınohur-Ceyrançöl alçaq dağlığı, Naxçıvan ərazisi, Kiçik Qafqazın cənub-şərq yamacı, yəni Qarabağ və Şərqi Zəngəzur ərazisində xeyli sahə səhralaşma təhlükəsi olan ərazidir. Digər tərəfdən, səhralaşma Talış dağlarının şimal və orta dağlıq hissələrini, alçaq dağlığı əhatə edir. Yəni təxminən 1000 metrdən yuxarı olan ərazilər səhralaşma təhlükəsi altında olan sahələrdir. Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə Şamaxı, Qobustan, Abşeron, Xızı rayonları, Altıağac qəsəbəsi, Böyük Qafqazın cənub yamacında Ləngəbiz silsiləsi ilə sıralanan ərazilər də səhralaşma təhlükəsinə məruz qalıb. Naxçıvanda da ərazinin təxminən 80 faizi səhralaşma təhlükəsi altındadır. Regionlar üzrə bu rəqəm dəyişə bilər. Kür-Araz ovalığında demək olar ki, ərazinin 100 faizi səhralaşma ilə üz-üzədir.

“Bəs səhralaşma nə ilə özünü büruzə verir? İlk növbədə torpağın məhsuldarlığı itir. Bunun əsas səbəbi şoranlaşma, bataqlaşma, torpaqların eroziyasıdır. Eroziya prosesləri bir az alçaq dağlıq, orta dağlıq ərazilərdə qeydə alınır. Yüksək dağlıq ərazilərdə subalp, alp çəmənlərinin deqradasiyası nəticəsində də həmin prosesi müşahidə etmək mümkündür. Deməli, deqradasiyanın, eroziyanın sürətlənməsi ilə səhralaşma prosesi də şiddətlənə və ərazidə ciddi problemlər yarana bilir. Abşeron yarımadası çox ciddi şəkildə səhralaşma təhlükəsi altında olan ərazilərdəndir”, - deyə o diqqətə çatdırıb.

Mütəxəssis hesab edir ki, səhralaşmaya qarşı mübarizədə meşəsalma tədbirlərinə ciddi fikir vermək lazımdır: “Burada söhbət təbii meşənin bərpasından, meşə fonduna aid olan torpaqlardan, meşəsalma tədbirlərindən gedir. Azərbaycanda meşə ilə örtülü ərazi 11-12 faiz təşkil edir. Meşəsalma tədbirləri zamanı tarlaqoruyucu meşələrin salınması, Tuqay meşələrinin bərpa edilməsi, alçaq dağlıq ərazilərdə olan xüsusilə arid meşələrin bərpa edilməsi əsas olaraq diqqətdə saxlanılmalıdır. Elə səhralaşmanın birinci səbəbi ərazinin meşəsizləşdirilməsidir. Digər səbəb şoranlaşmadır. Bu, Kür-Araz ovalığı üçün vacib problemdir. Hazırda orada torpaqların şoranlaşması gedir. Rəsmi rəqəmlərdən başqa, bizim apardığımız landşaft tədqiqatları nəticəsində Kür-Araz ovalığında şoranlaşmamış sahə tapmaq çox çətindir. Bir tərəfdən də şəhərsalma genişlənir, yeni asfalt yollar çəkilir, evlər tikilir. Bu zaman evlər altına və yaxud da ki, asfalt yollar altına gedən torpaqlar artıq əkin dövriyyəsindən çıxır. Yəni orada nə məhsuldarlıqdan, nə də biomüxtəliflikdən söhbət gedə bilməz. Bu da səhralaşmaya aparan bir yoldur. Buna qarşı da ekoloji şəbəkənin gücləndirilməsi, yenilərinin yaradılması, çəkilən avtomobil yollarının, magistral yolların hamısının ətraf mühitə ciddi şəkildə adaptasiya proqramlarının həyata keçirilməsi vacibdir. Bu sahədə bizim də müəyyən tədqiqatlarımız var. Qısacası, səhralaşmaya qarşı mübarizə mümkündür və aparmaq lazımdır. Bu, çoxsahəlidir, kompleks tədbirlər olmalıdır. Həm dövlət və özəl qurumlar, həm də əhali prosesdə iştirak etməlidir. Çünki səhralaşma ən kiçik ekoloji problemdən yaranır, sonra tədricən böyüyür və daha da dərinləşir. Ümidvaram ki, bizim ölkəmiz bu problemin öhdəsindən layiqincə gələcək”.

Müxbir – Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq