Ağdaşda Nizami Gəncəvinin abidəsi ətrafında bərpa və abadlıq işləri aparılıb
Ağdaş, 30 iyul, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən Nizami Gəncəvinin abidəsində və ətrafında təmizlik, bərpa və yenidənqurma işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dahi sənətkarın prospektdəki abidəsində və postamentində əmələ gələn çatlar rəssam və heykəltaraş tərəfindən bərpa olunaraq yenidən rənglənib və abidə əvvəlki əzəmətli görkəmini alıb. Habelə, abidənin ətrafında abadlıq, təmizlik və səliqə-sahman işləri həyata keçirilib.