Agentlik: Misin bahalaşması digər məhsullara da təsir göstərə bilər
Bakı, 16 dekabr, AZƏRTAC
Misin qiyməti il ərzində 35 faiz bahalaşaraq 12 min dollara çatıb. Bu bahalaşma digər məhsullarda da qiymət artımı ilə nəticələnəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters”ə avropalı ekspertlər bildiriblər. Onların fikrincə, buna paralel olaraq qlobal bazarda kompüter texnologiyaları, məişət texnikası və rəqəmli texnikalar da bahalaşacaq.
Bildirilib ki, mis sözügedən məhsulların istehsalında vacib komponentdir. Lakin yaxın həftələrdə qiymət artımı barədə danışmaq hələ tezdir. Qiymət artımını istehlakçılar ən tezi gələn yayda hiss edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]