“AGERPRES” agentliyi Azərbaycan Prezidentinin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakından yazıb
Buxarest, 25 noyabr, AZƏRTAC
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı barədə məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin iclasda çıxışına xüsusi yer verilib, Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə münasibətlərinə toxunulub. Həmçinin TAP və TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti qeyd olunub. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də geniş məlumat verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest