Ağsuda bağlardan 1946 ton üzüm yığılıb
Ağsu, 13 noyabr, AZƏRTAC
Ağsu rayonunda cari ildə üzüm plantasiyalarından 1946 ton məhsul götürülüb ki, bu da ötən ildəki göstəricidən 183 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda rayonda bar verən 122 hektar üzüm bağı var. Bunun 98 hektarı süfrə, qalanı isə texniki sortdur. Üzüm bağları əsasən rayonun şimal dağlıq və dağətəyi zonalarındadır.
Yığılan texniki sort üzüm Ağsu şəhərindəki “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavoduna təhvil verilib, süfrə sort isə birbaşa yerli bazarlara çıxarılır.