AHİK İCRAİYYƏ KOMİTƏSİNİN NÖVBƏTİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Yığıncaqda AHİK-in gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri, mədəniyyət siyasəti, ötən il Silahlı Qüvvələrə hamilik göstərməsi, informasiya siyasəti Konsepsiyasının tətbiq olunması məsələləri müzakirə edilmişdir. Ötənilki işlər barədə məlumat verilmiş, perspektiv planlardan danışılmışdır.
Sonda AHİK İcraiyyə Komitəsinin cari ilin birinci yarısı üçün tədbirlər planı təsdiq edilmiş və həmkarlar ittifaqları təşkilatlarını gücləndirmək barədə qərar qəbul olunmuşdur.