Aİ-nin müşahidə missiyası erməniləri məyus edib
Bakı, 16 fevral, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəd zonasında yerləşdirdiyi müşahidə missiyası erməniləri məyus edib.
AZƏRTAC erməni mediasına istinadla xəbər verir ki, Ermənistan parlamentindəki “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan Aİ missiyasının yerləşdirilməsi nəticəsində vəziyyətin daha gərgin və qeyri-müəyyən olduğunu bəyan edib.
Erməni siyasətçi qeyd edib ki, təkcə Azərbaycan deyil, qonşu Rusiya və İran da Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə qarşı çıxıblar. Onun sözlərinə görə, Rusiya rəsmi İrəvanın bu addımını özünün Cənubi Qafqazda mövqeyinə və nüfuzuna təhlükə hesab edir. İran da bu ərazilərdə regiondan kənar qüvvələrin olmasına qarşıdır və Tehran hansısa mərhələdə onların özünə qarşı istifadə ediləcəyini düşünür.
Fraksiyanın katibi vurğulayıb ki, bütün bu proseslərin fonunda Ermənistan rəhbərliyinin xarici siyasət kursu da anlaşılmazdır. “Aİ-nin sərhəddə müşahidə missiyasının Ermənistana faydası məsələnin yalnız bir tərəfidir, amma onun yerləşdirilməsi və say tərkibinin artırılmasının gərginliyi artırdığı və qeyri-müəyyənlik yaratdığı artıq məlumdur”, -deyə erməni siyasətçi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]