AİİB pandmeiya ilə mübarizə üçün Pakistana yenidən kredit ayırıb
Pekin, 25 iyul, AZƏRTAC
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) direktorlar şurası bankın COVID-19 böhranına qarşı fondundan Pakistana 250 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.
Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, vəsait iqtisadi və sosial sahənin pandemiyanın mənfi təsirlərinə qarşı dözümlülüyünü artırmağa yönəldiləcək. Dünya Bankı ilə birgə maliyyələşdirilən "Davamlı iqtisadi inkişaf üçün təsisatlar" proqramı insan kapitalına sərmayələrin təşviq edilməsini, sosial müdafiə tədbirlərinin gücləndirilməsini, ölkənin fövqəladə səhiyyə infrastrukturunun inkişafını əhatə edir.
Bununla AİİB-in pandemiya ilə mübarizə üçün Pakistana ayırdığı vəsaitin ümumi məbləği 750 milyon dollara çatıb.
Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin, Türkiyə, Gürcüstan da daxil olmaqla bir neçə ölkədə ümumilikdə 16 layihəyə 5,9 milyard dollar vəsait ayrılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]