Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 20 yanvar, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, kollektiv tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.