Azərbaycan Dövlət İnformasiya Agentliyi

AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ HİCRAN HÜSEYNOVANIN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Sizin uğurlu rəhbərliyiniz altında məqsədyönlü surətdə həyata keçirilməsi nəticəsində bu gün respublikamız milli intibah dövrünün növbəti şərəfli mərhələsini yaşayır. Əldə edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyət həyatının bütün sahələrində güclü inkişafı şərtləndirir. Son illər önəmli qanunlar, dövlət proqramları qəbul olunmuşdur. Azərbaycanda reallaşdırılan hər bir dövlət proqramının mərkəzində insan, onun rifahı, gələcək nəslin inkişafına qayğı durur. Mövcud potensial sosial siyasətin prioritet istiqamətini təşkil edən ailə, qadın və uşaq problemlərinin həlli üçün etibarlı zəmindir.

Üç il əvvəl Sizin Fərmanınızla Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və komitə üçün ayrılan büdcə vəsaitlərinin 3 dəfədən çox artması, əməkdaşların sayının isə 20-dən 68-ə çatdırılması fəaliyyət imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, məsuliyyətimizi daha da artırmışdır.

Hörmətli cənab Prezident!

Sizin dəyərli nitqlərinizdə ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılması zərurətinin vurğulanması bütün cəmiyyəti bu istiqamətdə səfərbər edir.

Cari ilin əvvəlinə olan məlumata görə, respublikamızda 1 milyon 831 min 100 ailə vardır. Son 5 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 13 faizə endirilməsi, 766 min yeni iş yerinin yaradılması, əhalinin pul gəlirlərinin təkcə 2008-ci ildə 36 faiz artması bütün vətəndaşların, hər bir ailənin sosial rifahının yüksəldilməsini şərtləndirir.

Ailənin inkişafı üçün hərtərəfli şəraitin yaradılmasına, həssas qruplardan olan ailələrin problemlərinin həllinə xüsusi önəm verilir.

Daim qeyd etdiyiniz kimi, Şərq və Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan ailə modelinin möhkəmləndirilməsi və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prinsipial göstərişlərinizi rəhbər tutaraq, komitə bu sahədə ardıcıl fəaliyyət həyata keçirir. Hər il komitə tərəfindən təşkil olunan “Ailə bayramı”nda nümunəvi ailələrin seçilməsi artıq respublikamızda ənənəyə çevrilmişdir, bu il isə “Azərbaycan ailəsi” adlı filmlər festivalına start verilməsi daha bir mühüm yenilikdir.

Möhtərəm cənab Prezident!

Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi sosial-psixoloji çətinliklərlə qarşılaşan qaçqın və məcburi köçkün ailələrinə daimi diqqətiniz, bu istiqamətdə son illər Sizin tərəfinizdən 45 Fərman və Sərəncamın imzalanması sayəsində həmin insanların bir çox problemləri artıq öz həllini tapmışdır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə sadəcə yardım göstərmək deyil, onları respublikanın ictimai həyatına cəlb etməkdir.

Bununla əlaqədar, qaçqın və məcburi köçkün ailələrindən olan beş yüzə yaxın yeniyetmə xarici dil, kompyuter və peşə kurslarında təlim keçmişdir. 2006-cı ildə təsdiq etdiyiniz “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun respublikada bərabər imkanların təmin edilməsi sahəsində mühüm addım olmuşdur. Azərbaycan az sayda ölkələrdən biridir ki, son iki ildə dövlət büdcəsindən gender və məişət zorakılığı problemlərinin həllinə xüsusi vəsait ayırır. Bu önəmli fakt xarici ekspertlər tərəfindən müsbət nümunə kimi tez-tez vurğulanır.

Cənab Prezident, ölkəmizdə əhalinin 51 faizini təşkil edən Azərbaycan qadınları ictimai-siyasi proseslərdə, o cümlədən seçkilərdə fəal iştirak edir, özlərinin vətəndaş mövqeyini nümayiş etdirirlər. Dövlət və idarəetmə, hüquq mühafizə orqanlarında, elm və mədəniyyət, sahibkarlıq, habelə idmanın müxtəlif sahələrində qadınların sayı ilbəil artır. Ölkəmizdə 100-ə yaxın qadın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və bu şəbəkənin genişlənməsi və möhkəmlənməsi xüsusilə diqqətəlayiqdir.

Çox hörmətli cənab Prezident!

Sizin dəstəyinizlə ötən il sentyabrın 26-da keçirilmiş və iki minə yaxın nümayəndənin təmsil olunduğu Azərbaycan qadınlarının III qurultayı dövlət qadın siyasətinin əsas istiqamətləri üzrə görülən işlərə müsbət qiymət verməklə, bu sahədə qarşımızda yeni vəzifələr müəyyən etmişdir.

Qurultay iştirakçılarına ünvanladığınız müraciət və bir sıra görkəmli qadınların yüksək dövlət mükafatları ilə təltif edilməsi respublika qadınları tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmışdır. Qurultay ərəfəsində respublikanın bütün bölgələrində, habelə sahələr üzrə keçirilən konfranslar ölkə qadınlarının, möhtərəm cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasi kursa fəal dəstəyini bir daha nümayiş etdirdi.

Qurultayda Azərbaycan Respublikasının birinci xanımı, hörmətli Mehriban Əliyevanın iştirakı ölkəmizdə qadın siyasətinə yüksək diqqətin əyani ifadəsi oldu.

Ümumiyyətlə, özünün çoxşaxəli fəaliyyəti ilə insanların dərin rəğbət və ehtiramını qazanmış, ölkə qadınları tərəfindən “Mərhəmət simvolu” seçilmiş Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Bu istiqamətdə reallaşdırılan layihələr sırasında önəmli yer tutan və bir sıra regionları əhatə edən “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihə çərçivəsində geniş maarifləndirmə kampaniyası həyata keçirilir.

Bu gün bütün dünyada məişət zorakılığı, qadın alveri və qadınlar tərəfindən törədilən cinayətlər ilə bağlı problemlər olduqca aktualdır. Təəssüf ki, belə hallar, az miqyasda olsa da, ölkəmizdə də mövcuddur. Yanlış dini stereotiplərin təsiri altında yeniyetmə qızların təhsildən uzaqlaşdırılması, erkən nikaha daxil olması, bəzən qadınların ictimai həyatdan təcrid edilməsi kimi mənfi hallar əsaslı narahatlıq doğurur və bizdən bu istiqamətdə aparılan işin daha da gücləndirilməsini tələb edir.

Möhtərəm cənab Prezident!

Siz daim milli genofondumuzun qorunub saxlanılması, gənc nəslin fiziki və mənəvi inkişafı, uşaq hüquqlarının təmin edilməsi, uşaqlara dövlət qayğısının artırılması məsələlərinə həssaslıqla yanaşırsınız. Dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda 2009-cu ilin Azərbaycan Respublikasında “Uşaq ili” elan edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Təsdiqlədiyiniz tədbirlər planı çərçivəsində bir çox mühüm məsələlər sırasında Respublika Uşaq Məlumat Bankının yaradılması da xüsusi yer tutur.

Fəaliyyətimizin əsas istiqamətlərindən birini təşkil edən uşaq evlərinin məzunlarının gələcək taleyi, kimsəsiz və əlil uşaqlar, azyaşlılar arasında cinayətkarlıqla bağlı problemlər “Uşaq ili” çərçivəsində daha mühüm əhəmiyyət kəsb edir. Bu problemlər Azərbaycanda faiz etibarilə nisbətdə az olsa da öz həllini tapmalıdır.

Cənab Prezident!

Sizin uğurlu və balanslaşdırılmış siyasətiniz Azərbaycanın beynəlxalq nüfuzunu gündən-günə daha da möhkəmləndirir.

Bu amil ölkəmizin ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına əlverişli şərait yaradır və bir çox ölkələrlə fəal təcrübə mübadiləsinə imkan verir. Azərbaycan Respublikasının qoşulduğu qadın və uşaq hüquqları üzrə Beynəlxalq konvensiyaların tövsiyələrini yerinə yetirməsi sahəsindəki fəaliyyəti BMT tərəfindən müsbət qiymətləndirilmişdir.

Bu gün respublikamızda ailə, qadın və uşaq problemləri ilə bağlı qanunvericiliyin inkişafına xüsusi önəm verilir. Ailə Məcəlləsinin təkmilləşdirilməsi məqsədi ilə təkliflər paketi, o cümlədən “Məişət zorakılığının qarşısının alınması haqqında“ qanun layihəsi hazırlanmışdır. 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumunda Azərbaycan Konstitusiyasının 17-ci maddəsinə edilən düzəlişin təsdiqlənməsi uşaq hüquqlarının konstitusion təminatlarını daha da gücləndirir.

Möhtərəm cənab Prezident!

İcazə verin əmin edim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyduğunuz vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaq, ailələrin rifahının, qadınların hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atacaqdır.

Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ