“Air Astana” aviaşirkəti aprel ayının sonuna qədər bütün uçuşları ləğv etdi
Nur-Sultan, 11 aprel, AZƏRTAC
Qazaxıstanda fövqəladə vəziyyət müddətinin uzadılması ilə əlaqədar olaraq, “Air Astana” aviaşirkətinin 2020-ci ilin aprelinə planlaşdırılan Nur-Sultan, Almatı və Çimkənt şəhərlərinə daxili və beynəlxalq reyslərinin ləğv müddəti uzadıldı.
AZƏRAC xəbər verir ki, cari il aprelin 30-dək ləğv edilən reyslərin bərpası barədə şirkət əlavə məlumat verəcək.
Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Qazaxıstan Prezidentinin fərmanı ilə tətbiq edilən fövqəladə vəziyyət ilə əlaqədar “Air Astana” şirkətlər qrupunun həyata keçirdiyi beynəlxalq və daxili reyslər müvafiq olaraq cari il martın 22-dən dayandırılmışdı.
Xatırladaq ki, cari il martın 16-dan etibarən Nur-Sultan və Almatı şəhərlərində karantin tətbiq olunur. Aprelin 10-da Prezident Kasım-Jomart Tokayev ölkə ərazisində fövqəladə vəziyyətin aprelin 30-a kimi uzadılması qərarını verib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]