Akademik :Elmi tədqiqatlarda riyazi modelləşdirmədən geniş istifadə olunmalıdır
Bakı, 13 yanvar, AZƏRTAC
Elmi tədqiqatlarda riyazi modelləşdirmədən geniş istifadə olunmalıdır.
Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun elmi şurasının növbəti iclasında səsləndirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik struktur bölmələrin 2017-ci il üzrə əldə etdiyi elmi nəticələr haqqında məlumat verib. Bildirilib ki, hesabat ilində institut əməkdaşları tərəfindən informasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri problemləri istiqamətində aparılan araşdırmaların nəticələri dünyanın nüfuzlu elmi jurnallarında nəşr olunub. Həmçinin institutda elmi-praktiki konfrans və seminarlar keçirilib, müxtəlif problemləri əhatə edən model və metodlar təklif edilib.
Alim 2017-ci il ərzində institutun müxtəlif beynəlxalq qurum və assosiasiyalarla əməkdaşlıq qurduğunu, beynəlxalq layihələrdə, regional telekommunikasiya şəbəkəsinin yaradılmasında iştirak etdiyini, xarici alimlərlə birgə elmi tədqiqatların aparıldığını, xarici səfərlərin, görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin institutun doktorantura və dissertanturasına qəbul məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [18:29]
Gənclər Tusinin izi ilə: Mingəçevirdə tələbə düşərgəsi fəaliyyətə başlayıb
- 18.05.2026 [18:21]
Ədəbiyyat Muzeyində izdiham: bir gündə 3278 ziyarətçi
- 18.05.2026 [18:11]
“Rəsmi yazışmalarda Azərbaycan dili” - elmi-praktik təlim
- 18.05.2026 [17:54]
Azərbaycan-Türkiyə qardaşlıq konserti: Bir millətin nəğməsi
- 18.05.2026 [17:25]
BDU-da tədris prosesi distant formada davam etdirilir
- 18.05.2026 [17:23]